Milli.Az axşam.az-a istinadən fanatları ilə ailə quran məşhurları təqdim edir:

Müğənni Tarkan həyat yoldaşı Pınar Dileklə 5 il əvvəl Almaniyadakı konsertindən sonra tanış olub. Daha sonra dostlarının köməyi ilə Pınar bir neçə dəfə ifaçı ilə görüşüb və beləliklə cütlük arasında sevgi münasibəti başlayıb. Tarkan və Pınar 2016-cı ildə ailə qurub. Cütlüyün bu ilin iyulunda qızı dünyaya gəlib.

Fanatları ilə evlənən məşhurlar - FOTO

Aktrisa Beren Saat həyat yoldaşı Kənan Doğuluya uşaqlıqdan heyran imiş. Cütlük 2014-cü ildə Amerikada nikah masasına oturub.

Fanatları ilə evlənən məşhurlar - FOTO

2009 -cu ildə ailə quran Bergüzar Korel və Halit Ergenç seriallardan birinin çəkilişi zamanı tanış olublar. Müsahibələindən birində Bergüzar tez-tez teatra getdiyini və Halitin ifa etdiyi rollara heyranlıqla baxdığını, bir gün onunla tanış olmaq şansı əldə etmək istədiyini bildirib. Cütlüyün Əli adlı bir oğlu var.

Fanatları ilə evlənən məşhurlar - FOTO

Aktrisa və model Ebru Şallının da keçmiş əri Harun Tan onun fanatı olub. Cütlüyün nikahdan Beren və Pars adında iki övladı var.

Fanatları ilə evlənən məşhurlar - FOTO
Milli.Az