Azərbaycanlı "qanuni oğru" "Lotu Quli" ləqəbli Nadir Səlifov həbs olunub.

Milli.Az bildirir ki, yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, kriminal avtoritet Çernoqoriyada saxlanılıb.

Onun"İnterpol" tərəfindən saxlanıldığı bildirilir.

Qeyd edək ki, Nadir Səlifov azadlığa ötən il çıxmışdı.

Milli.Az