Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib.
Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə –"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər haqda qanunu imzalayıb.
Sənədə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çinarlı bələdiyyəsi adlandırılacaq. Vladimirovka bələdiyyəsi isə Elbir bələdiyyəsi adlandırılır. Adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir.