Ronaldudan het-trik

Ronaldudan het-trik
23:05 12 Yanvar 2015
183 İdman
Ölkə mətbuatı
A- A+

Ötən ilin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib. Apasport.az-ın FİFA-nın saytına istinadən verdiyi məlumata görə, Sürixdəki təltifetmə mərasiminin başlanmasına 1 saatdan çox vaxt qalsa da, artıq qalibin adı bəllidi.

Belə ki, səslərin 37,66 faizini toplayan Kriştianu Ronaldu rəqibləri Lionel MessiManuel Noyeri qabaqlayıb. Messi 15,76 faizlə ikinci, Noyer isə 15,72 faizlə üçüncüdü. Bununla da, Ronaldu karyerası ərzində 3-cü dəfə “Qızıl top” mükafatına sahib çıxıb.

İlin ən yaxşı məşqçisi adına isə Almaniya yığmasının çalışdırıcısı Yoahim Lövün sahib çıxdığı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR