Türkiyənin məşhur müğənnisi Kənan Doğulunun Çeşmədəki konsertində dava düşüb.
Milli.Az Takvim-ə istinadla xəbər verir ki, ötən gün İzmirdə səhnəyə çıxan müğənni mahnı oxuyarkən konsertə gələn Hakan Sabancı ona sataşan digər qonaqla dalaşıb.
İkili bir-birinə stul, bakal atıb, əlbəyaxa olublar. Mühafizəçilər onları güclə sakitləşdiriblər.
Qeyd edək ki, Kənan Doğulunun bundan əvvəlki konsertində də dava düşmüşdü.
Fuad
Milli.Az