“Facebook” qocalır

“Facebook” qocalır
05:11 13 Yanvar 2015
196 Digər
Ölkə mətbuatı
A- A+

Artıq uzun müddətdir ki yeniyetmə və tələbələr "Facebook"un tipik istifadəçisi deyil. Dünyanın ən böyük sosial şəbəkəsinin auditoriyası tədricən yaşlaşır, gənclər isə başqa xidmətlərdən istifadə etməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, "Facebook" yaşlı amerikalılar arasında ən populyar sosial internet xidməti olub. ABŞ-ın 18 yaşdan yuxarı 2 min sakini arasında "Pew Research" tədqiqat şirkəti tərəfindən keçirilmiş sorğuya əsasən, 65 yaşdan yuxarı amerikalı internet istifadəçilərinin 56 faizi "Facebook"da aktiv hesaba malikdir. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir.

Son ildə "Facebook"dan istifadə edən ABŞ sakinlərinin payı demək olar dəyişməyib. Yalnız ən yaşlı internet istifadəçilərinin arasında sözügedən sosial şəbəkənin populyarlığı nəzərəçarpacaq dərəcədə yüksəlib.
"Facebook"un rəqiblərində vəziyyət fərqlidir.

Araşdırdığımız bütün başqa sosial şəbəkələr 2013-dən 2014-cü ilədək böyük artım nümayiş etdirib. Instagramın istifadəçilərinin sayı 9 faiz artıb, bundan başqa hər bir demoqrafik qrupda artım qeydə alınıb – tədqiqatda qeyd olunub.
Peşəkar əlaqələrlə mübadilə üçün LinkedIn sosial şəbəkəsi yüksəkixtisaslı mütəxəssislər və ali təhsilə malik insanlar arasında populyarlaşmağa davam edir. Eyni zamanda "Twitter" və "Pinterest"in populyarlığı bir çox demoqrafik qrup üzrə artır.

Auditoriyasının yaşlaşmasına baxmayaraq, "Facebook"un trafiki yenə də yüksəkdir. Artıq mövcud istifadəçilərin həyatında bu şəbəkənin rolu getdikcə daha vacib hal alır: "Pew" tədqiqat şirkətinin məlumatına görə, amerikalıların 70 faizi bu sosial şəbəkəyə gündəlik, 45 faizi gündə bir neçə dəfə daxil olur.

"Facebook" yalnız yeniyetmələr arasında populyarlığını itirir. Frank N. Magid Associates analitik şirkəti tərəfindən keçirilmiş tədqiqata əsasən, 2014-cü ildə "Facebook"dan aktiv istifadə edən yeniyetmələrin payı 88 faiz təşkil edib. 2013-cü ildə bu göstərici 94, 2012-ci ildə 95 faiz təşkil edib.

"Twitter" yeniyetmələrin xoşuna gəlir, çünki orada böyüklərin, valideynlərin sayı azdır. Əlbəttə ki, uşaqlar "Facebook"dakı hesablarını silmirlər, amma onlar orada digər sosial media ilə müqayisədə daha az vaxt keçirirlər – "Pew Researc"hin tədqiqatçısı Amanda Lenxart öz fikrini bölüşüb.

Bu halda "Facebook"un rəhbərliyi sosial şəbəkənin gənclər arasında populyarlığının azalmasını inkar edir. 2013-cü ilin noyabrında Facebookun COO-su Şeril Sendberq deyib ki, ABŞ-da yeniyetmələrin böyük əksəriyyəti "Facebook"dan istifadə edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR