2016-cı ildə həbs edilən iş adamı Rza Zərrab Nyu-Yorkda daha bir görüntüsü yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, biznesmenin ötən həftə görüntüləndiyi restoranın yaxınlığındakı lüks hoteldə qaldığı ortaya çıxıb.

Başqa adla rezervasiya edilən Zərrab qapıda gözləyən Vaşinqton nömrəsi ilə olduğu bahalı avtomobilinin önündə görüntülənib.

Rza Zərrabın Nyu-Yorkdakı lüks həyatı - FOTO

Müxbirlərin olduğunu görən zərrab sürətlə uzaqlaşaraq otelə qaçıb. Onunla yanaşı gəzən şəxsi mühafizəçisinin olması da diqqət çəkib.

Öncə avtomobili parkinqə gətirən sürücü 2 saat sonra maşını qapıya sürüb və əşyaları baqaja yükləyib.

Rza Zərrabın Nyu-Yorkdakı lüks həyatı - FOTO

Qapıdakı şəxslərdən biri isə "Yolunuz yəqin ki, Hemptonsadır (Nyu-Yorka 2 saat məsafədə olan varlıların qaldığı bölgə)", - deyə bildirib.

Rza Zərrabın Nyu-Yorkdakı lüks həyatı - FOTO

Qeyd edək ki, Rza Federal Təhqiqatlar Bürosunun 2014-cü ilin sentyabrında İrandakı investisiyalarla bağlı istintaqı zamanı Rza ailəsi ilə birlikdə 16 mart 2016-cı ildə ABŞ-a giriş edərkən həbs olunmuşdu.

Rza Zərrabın Nyu-Yorkdakı lüks həyatı - FOTO

Xatırladaq ki, Rza Zərrab müğənni Günel Zeynalovanın nişanlısı olub, o, hazırda Ebru Gündeşlə evlidir.

Milli.Az