Bakı Ali Neft Məktəbinin iki tələbəsi Böyük Britaniyaya göndərilib - FOTO

Bakı Ali Neft Məktəbinin iki tələbəsi Böyük Britaniyaya göndərilib - FOTO
10:37 13 Yanvar 2015
155 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 10:32 ]


Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Aidə Soltanova  və Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Kamran Əliyev Böyük Britaniyanın nüfuzlu Heriot-Vatt Universitetinin Edinburq kampusunda 1(bir) semestr müddətində öz ixtisasları üzrə təhsil  alacaqlar. BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, hər iki tələbənin valideynlərinin də iştirakı ilə keçirilən tədbirdə çıxış edən rektor Elmar Qasımov bildirib ki, tələbələrin Heriot-Vatt Universitetinə təhsil almağa göndərilməsi Bakı Ali Neft Məktəbində düzgün qurulmuş beynəlxalq əməkdaşlıq sayəsində əldə olunub. Belə ki, Aidə Soltanova  və Kamran Əliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə BANM arasında əməkdaşlıq müqaviləsi çərçivəsində oxumağa göndərilirlər.

 

Elmar Qasımov deyib ki, prezident İlham Əliyevin təhsil sahəsinə ayırdığı xüsusi diqqət və qayğısı, eyni zamanda dövlətimiz tərəfindən aparılan siyasət nəticəsində bu işlər BANM-də  düzgün və ardıcıl siyasətin davamı kimi həyata keçirilir.

 

E. Qasımov BANM-in tələbələrinin hər il müxtəlif ixtisaslar üzrə təhsil almağa göndəriləcəyini bildirib.

 

Tələbələr Aidə Soltanova  və Kamran Əliyev çıxış edərək, rektora, BANM-in professor-müəllim heyətinə minnətdarlıq ediblər. Hər iki tələbə getdikləri ölkədə BANM-ni və Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklərinə söz veriblər.

 

Tələbələrin valideynləri də prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin təhsilə qayğısından söz açıblar.

 

Qeyd edək ki, Böyük Britaniyanın Heriot-Vatt Universitetində təhsil almaq üçün seçilən tələbələr BANM-də təşkil olunan ingilis dilində hazırlıq proqramında iştirak edərək biliklərini təkmilləşdiriblər və imtahandan müvəffəqiyyətlə keçiblər. Tələbələr Heriot-Vatt Universitetində oxuduqları müddətdə Böyük Britaniyanın təhsil mühiti və tədris proqramları ilə daha yaxından tanış olaraq, nəzəri və praktik biliklərini daha da genişləndirəcək və dünyagörüşlərini artıracaqlar. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368857

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR