Hamiləliyinin 7-ci ayını yaşayan Rəqsanə İsmayılovanın səhhəti pisləşib.

Publika.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkədə məlumat verib. İfaçı bildirib ki, müayinə üçün həkimə gedib, həkimlərin erkən doğuş riskinin olmasını eşidincə həyəcan keçirib:

"İnanın ki, çox həyəcanlıyam. Uşaqlarımın Türkiyədə anadan olmasını istəyirdim. Bunun üçün bütün işləri belə görmüşdük. Bu gün isə Moskvada son olaraq müayinədən keçməli və Bakıya gəlməli idik. Amma müayinənin nəticələri bizi həyəcanlandırdı. Ana bətnində olan su artıq qurtarıb. Bu səbəbdən erkən doğuş olacağını bizə bildirdilər. Həkimlər dedi belə olduğu halda 7 gün içində uşaqlar ana bətnindən çıxarılmalıdır. Hazırda məni yataq rejimində xəstəxanada saxlayırlar. Ayağa durmağa icazə vermirlər. Əslində dekabr ayında doğuş olmalı idi. Belə halda təyyarəyə də minmək olmaz. Böyük riskdir. Allaha qurban olum, təki balalarım sağ-salamat olsun".

Rəqsanə sonda hər kəsdən onun üçün dua etməyi xahiş edib.