Uzun müddətdir ki, efirlərdən uzaq gəzən, seriallardan imtina edən aktrisa Beren Saat ötən gün İstanbulda dostları ilə görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gecəyə Berenlə birgə müğənni əri Kənan Doğulu da qatılıb.

Axşam saatlarında restoranda əylənən cütlük daha sonra məkandan ayrılmaq qəarına gəliblər. Restorandan ilk K. Doğulu çıxaraq öz VİP avtomobilinə doğru gedib.

Medianın suallarını cavablandırmayan müğənni maşının qapısını örtərək içəridə oturub. O, bir neçə saniyə sonra avtomobildən çıxaraq köməkçisinə səslənib. Kənan "Bereni unutduq, hardadır?"- deyə bildirib.

Bir neçə dəqiqə sonra Beren də restorandan çıxaraq Kənanın yanına gəlib.

Milli.Az