Səfir "soyqırım" demədi

Səfir "soyqırım" demədi
14:11 13 Yanvar 2015
164 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Türkiyədəki səfiri Con Bass "Sabah" qəzetinə verdiyi müsahibədə "erməni soyqırım"ı məsələsindən danışıb, 1915-ci ildə baş verən hadisələrin tarixə aid olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, 2014-cü ilin sentyabrında Ankaraya səfir təyin edilmiş C.Bass erməni jurnalistin "Bu il "erməni soyqırımı"nın 100 illik ildönümü qeyd ediləcək. Bununla bağlı ABŞ-ın siyasətində dəyişiklik varmı" sualına cavabında deyib ki, "Senatda vurğulandığı kimi, biz bu hadisələrin dəqiq öyrənilməsinin, tədqiqatının aparılması tərəfdarıyıq. Bu, Türkiyə, Ermənistan və ABŞ üçün faydalı olacaq. Bu nöqteyi-nəzərdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi müraciəti son dərəcə əhəmiyyətlidir."

O ümidvar olduğunu söyləyib ki, 1915-ci il hadisələrinə yenidən baxıldıqdan sonra həmin dövrdə baş vermiş proseslərə düzgün qiymət veriləcək.

ABŞ səfiri müsahibəsində "soyqırım" terminindən istifadə etməyib və buna tarixin qiymət verməsinin zəruriliyini ön plana çəkib.

Xatırladaq ki, ötən il aprelin 24-dü ərəfəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan adından yayılan mesajda "erməni xalqına başsağlığı veririk" ifadəsi yer almışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=319388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR