"Liverpul"un futbolçusu Xerdan Şakiri İtaliya mətbuatına açıqlama verib.
Milli.Az komanda.az-a istinadən bildirir ki, 27 yaşlı futbolçu ən böyük hədəflərinin Çempionlar Liqası və Premyer Liqanı qazanmaq olduğunu deyib:
"Ən yaxşı komandalarda oynayırsızsa, böyük hədəfləriniz olmalıdır. "Liverpul"la həm Premyer Liqada, həm də ÇL-də qalib olmaq istəyirik.
"İnter"də oynadığım vaxtlarda Roberto Mançiniylə problemim yox idi. Bir şeyi dəyişdirmək imkanım olsaydı, "İnter"ə getmə zamanımı dəyişdirərdim. Yanlış vaxtda orda oldum. "İnter" 3 il əvvəlki komandaya görə, çox dəyişib. Hər mövsüm daha çox inkişaf edirlər".
Karyerası ərzində "Bavariya", "İnter", "Stok Siti" kimi klublarda forma geyinən Şakiri, 2018-ci ildə "Liverpul"a transfer edilib.
Milli.Az