“Qalatasaray”ın futbolçusu Aleksey Batrakov Avropanın nəhəng klublarının diqqətini çəkib.
Metbuat.az xəbər verir ki, PSJ və “Barselona” Rusiya millisinin üzvü olan oyunçu ilə maraqlanır. “Milliyet”in məlumatına görə, İstanbul təmsilçisinin rəhbərliyi PSJ-nin futbolçunu izlədiyini, “Barselona”nın da ona maraq göstərdiyinə dair xəbərlər aldıqlarını açıqlayıb. Məlumata görə, Batrakovun müqaviləsində 55 milyon avroluq sərbəstqalma maddəsi yer alır. “Qalatasaray” rəsmiləri bu şərtin qarşı tərəfin tələbi ilə müqaviləyə daxil edildiyini bildiriblər.
Qeyd edək ki, “Qalatasaray” Batrakovun transferi üçün Moskva “Lokomotiv”inə 25 milyon avro ödəyib. Oyunçu 55 milyon avroya satılarsa, İstanbul klubu Rusiya təmsilçisinə əlavə 4,5 milyon avro ödəməli, həmçinin növbəti satışdan əldə edilən gəlirin 15 faizini verməlidir. Batrakov “Qalatasaray”ın heyətində Türkiyə Super Liqası və UEFA Çempionlar Liqasında keçirdiyi 9 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.