Mübariz Qurbanlı: “Azərbaycanda istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var”

18:07 13 Yanvar 2015
144 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 18:01 ]

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevlə görüşüb.

Komitədən APA – ya verilən məlumata görə, görüş zamanı Milix Yevdayev bildirib ki, Azərbaycanda konfessiyalar arasında sülh, dostluq və əməkdaşlıq şəraitinin formalaşması kursunun əsası Heydər Əliyev tərəfindən qoyulub.

 

O qeyd edib ki, bu gün həmin kurs bütün xalqın, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların dəstəyinə güvənən prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

 

Mübariz Qurbanlı isə respublikadakı dini konfessiyalara dövlət qayğısından danışaraq bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir: “Azərbaycanda istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var”.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR