Lazareviç həmin məbləği ödəməkdən imtina edəcəyi təqdirdə, onun həbs müddəti 6 ayadək artırıla bilər. Bundan əlavə qapıçıya fayer atan azarkeşin öz əməlini etiraf etməsi və əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaması yüngülləşdirici hal kimi qeydə alınıb.
Xatırladaq ki, Çernoqoriya - Rusiya matçının 1-ci dəqiqəsində tribunadan meydana atılan fayer qonaqların qapıçısı İqor Akinfeyevin xəsarət alması ilə nəticələnib.