Bakı. Trend:

Avstriyanın paytaxtı Vyana şəhərində naməlum şəxslər kilsəyə hücum ediblər.

Trend-in məlumatına görə, hadisə nəticəsində 15 nəfərə yaxın insan xəsarət alıb. Hadisə yerli vaxtla 13:30-da Vyananın Floridsdorf rayonunda baş verib.

Polisin əməliyyat keçirdiyi həmin rayonda atəş səsləri eşidilib. Hələlik cinayətkarların saxlanılması barədə məlumat yoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin