Göyçay rayonunda ağacəkmə aksiyası keçirilib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş genişmiqyaslı ağacəkmə aksiyası baş tutub.

Keçirilən aksiyada İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Göyçay şəhər Şəhidlər Xiyabanı ərazisində şəhidlərimizin əziz xatirəsi üçün müxtəlif növ meyvə ağacları əkilib.