Bu gün axşam saatlarında iki naməlum şəxs Vyanada katolik kilsəsinə hücum edib.
Publika.az TASS-a istinadən xəbər verir ki, hücum nəticəsində yaralananlar var. Vyana polisinin məlumatına görə, basqınçılar kilsədəki din xadimlərini qarət edərək qaçıblar.
Hazırda hadisə yerində operativ istintaq qrupu və şəhər polisinin xüsusi təyinatlı dəstələri işləyir. Yaxınlıqdakı küçələr bağlanıb. Polis cinayətkarları axtarır.
Şahidlər kilsədə atəş səsləri eşidildiyini bildiriblər.