Rəqsanə İsmayılovanın qızı Aysunun ögey qardaşı ilə rəqsi sosial şəbəkədə tənqid edilib.
Publika.az xəbər verir ki, müğənniliklə məşğul olan Aysunun bir neçə gün əvvəl 22 yaşı tamam olub. Bu münasibətlə Aysun dostlarını ətrafına toplayaraq doğum gününü qeyd edib.
Rəqsanə İsmayılova isə qızının doğum günündən bəzi kadrları sosial şəbəkədə paylaşıb. O, paylaşdığı videoya “Toyunuzu görüm, inşallah” şərhini yazıb. Bir çox izləyiciləri Rəqsanənin sözlərini səhv başa düşərək ögey qardaşını Aysunun nişanlısı zənn ediblər. Daha sonra izləyicilərdən biri qeyd edib ki, o, Aysunun nişanlısı yox, Fazil Əmiraslanovun ilk evliliyindən olan oğludur.