ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək. Türkiyə Silahlı Qüvvələri böyük hərbi təlimə hazırlaşır. Türkiyə “S-400” zenit-raket komplekslərindən imtina barədə şərti irəli sürülərsə, ABŞ-dan “Patriot” sistemləri almayacaq. ABŞ və Fransa qoşunların Suriyadan çıxarılacağı barədə bir-birinin ardınca açıqlamalar verib. Rusiya ilə danışıqlarda söhbət iki dövlətin birləşməsindən getmir.

ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək. Bunu ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Vyanada brifinq zamanı deyib.

O qeyd edib ki, ATƏT regionunda və ümumiyyətlə, bütün dünyada əsas problemlər daha çox əməkdaşlıq və dialoq aparılmasını tələb edir:

“Slovakiya 2019-cu ildə ATƏT-də sədrliyi zamanı tərəfdaş və vasitəçi rolunda ədalətli olmaq istəyir. Biz diqqətimizi münaqişələrin həllində vasitəçilik və münaqişələrin qarşısının alınması, həmçinin onların insanlara təsiri məsələlərinə cəmləyəcəyik. Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə etmək istiqamətində işimizi davam etdirəcəyik”.

“ABŞ və Böyük Britaniya Ermənistanda yüksək fəallıq göstərir. Bu neqativ haldır. Çünki Rusiya ilə hərbi əməkdaşlığın itirilməsi avtomatik olaraq Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə nəticələnəcək. Ermənistanın indiki hakimiyyəti bunu anlamır”. Bu barədə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.

Dörd dövlətin PLANI, Azərbaycan təkcə YEDDİ RAYONU... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu, Qarabağın qaytarılması ilə nəticələnəcək... - Rusiyadan SENSASİON XƏBƏRDARLIQ