Müğənni Rəqsanə İsmayılovanın əkizlərindən biri hələ də xəstəxanadadır.Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda ifaçının qızı Aysun İsmayılova "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, oğlan hələ də həkim nəzarətindədir:"Qızımız çox yaxşıdır, səhər 6-dan oyanır ki, məni oynadın. Oğlan isə hələ xəstəxanadadır. Hələ çıxartmamışıq. Bir az zəifdir. Deyirlər, əkizlər həmişə belə olur: biri güclü, biri zəif".Qeyd edək ki, Rəqsanə 7 aylığında doğulan əkizlərinə Mihrimah və Muhamməd adını qoyub.Milli.Az