Bakı. Trend:

Rusiyanın Rostov vilayətində məişət qazının partlaması nəticəsində 5 nəfər yaralanıb.

Trend-in məlumatına görə, hadisə Şaxtı şəhərində 9 mərtəbəli binada baş verib. Səkkiz və doqquzuncu mərtəbələr arasında arakəsmələr dağılıb.

Hadisə yerində müvafiq qurumlar işləyir. Partlayışın səbəbləri araşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin