Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi yanvarın 28-30-da Vyanada keçiriləcək Avropa Qaz Konfansında müzakirə olunan mövzulardan biri olacaq.

Trend bu barədə tədbirin saytına istinadən məlumat verir.

Qeyd olunur ki, konfrans zamanı “TAP və TANAP: qaz qəbuluna hazırlıq” və “Cənub Qaz Dəhlizinin inkişafı” mövzusları müzakirə olunacaq.

Bundan başqa, konfransın gündəliyinə mayeləşdirilmiş təbii qaza tələbat üzrə proqnozlar, “Şimal-Cənub” dəhlizinin inkişafi və digər məsələlər daxildir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin