Ermənistanın baş naziri Nikol Paşinyan Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü haqqında danışıb. Ermənistan KİV-i Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə “Bolton planı”nın olduğuna dair iddia ortaya atıb. ABŞ Venesuelada yaşanan böhrana görə BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb. ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə riayət edilməsi üzrə tələblərin yer aldığı sənədi Rusiyaya verib. Ukrayna Ali Radasının deputatı Kuban və Qafqazı Moskvanı Qafqaz və Kubanı güc yolu ilə almaqla hədələyib.

“Bu sadəcə ünsiyyət idi, nə Əliyev, nə də mən nəticələri gözləmirik, heç bir nəticə nəzərdə tutulmur. Biz sadəcə danışırdıq”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü haqqında danışarkən deyib.

Paşinyan qeyd edib ki, görüşdə əlbəttə Dağlıq Qarabağ məsələsi müzakirə edilirdi: “Lakin bu rəsmi danışıq deyildi, biz sadəcə problem haqqında, bu məsələnin bizim xalqlarımız tərəfindən necə qəbul edildiyi haqqında danışırdıq”.

Paşinyan görüşdə ərazilərin qaytarılması məsələsinin müzakirə edildiyini təkzib edib.

“Mən bildirdim ki, Ermənistanın adından danışıram, Qarabağın adından yox, - deyən erməni baş nazir əvvəlki mövqeyini səsləndirib. Lakin o, danışıqların bütün detallarını aça bilməyəcəyini də əlavə edib.

Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın rolu azaldılıb. Əvvəl “Lavrov planı” haqqında danışılırdısa, indi “Bolton” planından söhbət gedir. Bu fikirlər Ermənistanın “Yerkramas” nəşrində dərc olunan “Böyük oyunun kiçik detalı” başlıqlı məqalədə qeyd edilib.

Sülh əvəzinə ƏRAZİLƏR, martda Qarabağda... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağ bu şərtlərlə qaytarılacaq - “Bolton planı”nın DETALLARI İLK DƏFƏ ORTAYA ÇIXDI