Qarabağda son nöqtənin qoyulacağı TARİX, 20-25 dəqiqəlik MÜHARİBƏ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
85 baxış·14 dəq oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Ermənistan KİV-i Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə “Bolton
planı”nın olduğuna dair iddia ortaya atıb. Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan Rusiyaya səfər edib. ABŞ Konqresinin Nümayəndələr
Palatası prezident Donald Trampa Birləşmiş Ştatları NATO-dan
çıxarmağı qadağan edən qanun layihəsini qəbul edib. NATO və
Gürcüstan Rusiyanın Qara dəniz regionunda hərbi potensialını
artırmasından narahatdır. İsrailin Hərbi-Hava Qüvvələri Suriyaya
aviazərbələr endirib. Ukrayna Ali Radasının deputatı Kuban və
Qafqazı Rusiyanı Qafqaz və Kubanı güc yolu ilə almaqla
hədələyib.
Azərbaycan, Dağlıq Qarabağ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network)
televiziya kanalına müsahibə verib.
İlham Əliyev: "Azərbaycan artıq müstəqil xarici siyasəti olan ölkə kimi tanınır"
Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu
çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın
qeyri-rəsmi görüşü olub. Görüşdə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına
dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.
Prezident Administrasiyasının xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş
naziri Nikol Paşinyanın Davos Dünya İqtisadi Forumu çərçivəsində
keçirilən qeyri-rəsmi görüşündən danışıb.
PA-nın şöbə müdiri Əliyev-Paşinyan görüşündən danışdı
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün
Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevlə bir araya gəldiyi görüşün detallarını
açıqlayıb.
Paşinyan Əliyevlə görüşün DETALLARINI AÇDI
Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda
sabitlik mümkün deyil. Bu barədə Türkiyənin xarici
işlər naziri Mövlud Çavuşoğlu Antalyada tələbələrlə görüşündə
deyib.
Qafqazdakı vəziyyətə toxunan nazir bildirib ki, Dağlıq Qarabağ
münaqişəsi regionun sabitliyi üçün təhdiddir: “Qarabağ münaqişəsi
nizamlanmadan Qafqazda sabitlik mümkün deyil. Həmçinin bizim üçün
Ermənistanla münasibətlərin tənzimlənməsi də mümkün deyil. Biz
2019-cu ildə də bu məsələ ilə bağlı davamlı iş görəcəyik”.
M.Çavuşoğlu vurğulayıb ki, erməni lobbisi dünyada Türkiyə
əleyhinə aktiv fəaliyyət göstərməyə davam edir.
ABŞ prezidenti Donald Tramp baş nazir təyin edilməsi
münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda
Ermənistandakı siyasi dəyişikliyi salamladığını, həmçinin, tezliklə
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunacağına
ümid etdiyini bildirdi. Rusiya KİV-i Trampın
məktubunda deyilən sözlərin əslində Rusiyanı Cənubi Qafqazdan
çıxarmaq məqsədinin olduğunu iddia edirlər.
ABŞ Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və Qarabağda müharibəni
başlatmaq istəyir. Rusiya bir neçə media orqanı bu tezislə çıxış
edir. Rusiya KİV-i ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi”
hesab olunan kəşfiyyat-analitik mərkəzinin proqnozunu
xatırladır.
ABŞ Qarabağda müharibəni hazırlayır - Rusiyadan SENSASİON XƏBƏRDARLIQ
“ABŞ prezidenti Donald Trampın Nikol Paşinyana
təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll
edilməsi haqqında dediyi sözlər əslində tələbdir. Məlumdur ki,
münaqişə yalnız Azərbaycan ərazilərinin qaytarılması ilə mümkün ola
bilər”. Bu barədə rusiyalı ekspert Dmitri Verxoturov
deyib.
Qarabağda hər şey 6 aya HƏLL OLUNACAQ: ərazilər qaytarılır, əvəzində... - Trampın tələbi ÜZƏ ÇIXDI
Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında
Rusiyanın rolu azaldılıb. Əvvəl “Lavrov planı”
haqqında danışılırdısa, indi “Bolton” planından söhbət gedir. Bu
fikirlər Ermənistanın “Yerkramas” nəşrində dərc olunan “Böyük
oyunun kiçik detalı” başlıqlı məqalədə qeyd edilib.
Qarabağ bu şərtlərlə qaytarılacaq - “Bolton planı”nın DETALLARI İLK DƏFƏ ORTAYA ÇIXDI
“Martda liderlər Qarabağ münaqişəsi üzrə razılaşmanı
imzalaya bilərlər”. Bu barədə rusiyalı politoloq
Modest Kolerov Ermənistanın “Joxovurd” qəzetinə açıqlamasında
deyib.
Onun sözlərinə görə, sənəd çoxdan mövcuddur, sadəcə olaraq mart
ayında imzalanacaq.
Qeyd edək ki, rusiyalı politoloq Stanislav Tarasov isə iyun
ayına qədər Qarabağ üzrə razılaşmanın imzalanacağını iddia
etmişdi.
Ermənistan
Ermənistan xarici siyasətdə qəfil dönüşlər etməyə
hazırlaşmır. Bunu “Avronyus” televiziyasına müsahibəsində
Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Türkiyə, İran, Yaxın Şərq
Suriya ərazisindəki terrorçu qrupların
fəaliyyətlərinə son verilməsi ilə bağlı məsələlər müzakirə olundu.
Xüsusilə, İdlibdə təhlükəsizlik bölgəsinin yaradılması məsələsində
razılaşmanın necə tətbiq edildiyindən danışdıq. Bunu
Rusiya Prezidenti Vladimir Putin yanvarın 23-də Moskvada türkiyəli
həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşdən sonra mətbuat
konfransında bildirib.
"Rusiya və Türkiyənin İdlib bölgəsində
sabitliyin təmin olunması üçün hansı əlavə addımları atacağı barədə
məlumat mübadiləsi aparmışıq. Suriyada bütün tərəflər arasında
dialoq qurulması lazımdır. Bütün tərəflər səmimi bir istək
göstərməlidir", - Putin söyləyib.
ABŞ qoşunlarının Suriyadan çıxarılması bu ölkədəki
vəziyyəti stabilləşdirəcək. Bu sözləri Rusiya lideri
Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən
sonra keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
“Əgər həqiqətən belə bir plan icra edilsə, o zaman bu, müsbət
addım sayılmış olacaq”, - deyə Kreml rəhbəri bildirib.
Türkiyənin Suriyada əsas məqsədi İŞİD terror
qruplaşmasına və PKK ilə bağlılığı olan YPG dəstələrinə qarşı
mübarizə aparmaqdır. Bu barədə Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Putinlə görüşdən sonra baş
tutan mətbuat konfransında çıxışı zamanı deyib.
"Bizim əsas vəzifəmiz Suriyanı İŞİD-dən və YPG-dən
təmizləməkdir. Bu, bizim borcumuzdur. Bu məlumatı mən Rusiya
tərəfinə çatdırdım. Biz terrorçuluğa qarşı mübarizədə
koordinasiyanı gücləndirəcəyik".
Ərdoğan qeyd edib ki, bəzi terror təşkilatları Rusiya və Türkiyə
əməkdaşlığını pozmağa çalışırlar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri
Donald Trampa zəng edib. Ərdoğan telefon danışığı
zamanı vaxt itirmədən Menbiçdə təhlükəsizliyi təmin etməyə hazır
olduqlarını bildirib.
İki lider həmçinin İŞİD-in sağ qalmış üzvlərini məhv etmək və
yenidən ortaya çıxmasının qarşısını almaqla bağlı razılığa
gəliblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ
Prezidenti Donald Tramp arasındakı telefon danışığında Suriyanın
şimal-şərqində 2 ölkənin də təhlükəsizliklə bağlı qayğılarını
aradan qaldıracaq həll yollarının axtarılması ilə bağlı razılıq
əldə olunub. Bu barədə Ağ Ev sözçüsü Sara Sanders
açıqlama verib.
ABŞ-ın Suriyanın şimalında təhlükəsiz zona üçün
Türkiyəyə təklif etməyi düşündüyü 3 ayrı planın detalları məlum
olub.
Üç Qərb nəhənginin HİYLƏGƏR PLANI: 3 variant ilə... - Türkiyəyə qarşı YENİ HƏMLƏ
Kiprin yunan hissəsi ilə razılaşaraq adanın qərbində
təbii qaz axtarışları aparan İtaliya, Fransa, İngiltərə, Almaniya
və Malta bayraqlı 7 gəmi Türkiyənin döyüş gəmiləri tərəfindən
bölgədən uzaqlaşdırılıb. Bu haqda Türkiyənin “Yeni
Şəfəq” nəşri yazıb.
7 ölkədən İŞĞAL CƏHDİ: türk döyüş gəmiləri icazə vermədi
Yanvarın 21-də gecə saatlarında Suriyada İsrail
tərəfindən məhv edilən Rusiya istehsalı “Pantsir-S1” zenit-raket
kompleksi İsrailin “SkyStriker” pilotsuz uçuş aparatı ilə
vurulub. Bu barədə “İzvestiya” nəşrində hərbi ekspert
Vladislav Şurıqin yazıb.
Rusiya raket kompleksini yox edən silah Azərbaycanda: Ermənistanı silkələyən “GECƏ QATİLLƏRİ” - FOTO/VİDEO
İsrail onun üçün təhlükə yaradan istənilən ölkəyə
cavab zərbəsi vurmağa hazırdır. Bunu Suriyaya
aviazərbələrdən sonra İsrailin baş naziri Benyamin Netanyahu
deyib.
“Bizə zərər verməyə çalışan hər kəsi vuracağıq. Kim bizi məhv
etməyə hədələyirsə, baş verəcəklərə görə tam məsuliyyət daşıyacaq”,
- Netanyahu “Ramon” aeroportunun açılışı mərasimində çıxışı zamanı
bildirib.
İsrailin Hərbi-Hava Qüvvələrinin Suriyaya
aviazərbələri tələfata səbəb olub. Bu haqda Rusiya
Milli Müdafiə İdarəsindən bildiriblər.
İsrail Rusiyanın artilleriya-raket kompleksini belə MƏHV ETDİ: 4 ölü, 6 yaralı - FOTO/VİDEO
İsrailin Suriyada İran İslam İnqilabı Keşikçilər
Korpusuna (SEPAH) aid hədəfləri vurmasından sonra İran Hərbi Hava
Qüvvələrinin komandanı, briqada generalı Əziz Nəsirzadə Təl-Əvivi
təhdid edib. İranlı general İsraillə döyüşmək və
onları məhv etmək səbrsiz olduqlarını bildirib.
“Hava qüvvələrindəki gənc insanlar tamamilə hazırdır, sionist
rejimlə döyüşmək və onları Yer üzündən silmək üçün səbrsizik”, -
Nəsirzadə söyləyib.
Moskva İsraili Suriya ərazisinə zərbələri
dayandırmağa çağırır və regionda düşmənçilik atmosferinin
artmasının nəticələri haqqında xəbərdarlıq edir. Bu
haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya
Zaxarova bildirib.
“Biz bu məsələ üzrə mövqeyimizi dəyişdirmədik. Suveren dövlətin
ərazisinə zərbələrin vurulması təcrübəsi, indiki halda Suriyadan
söhbət gedir, dayandırılmalıdır”, - Zaxarova brifinqdə deyib.
Rusiyanın xarici siyasət idarəsinin nümayəndəsi qeyd edib ki,
Moskvanın qiymətləndirməsinə görə, regionda düşmənçilik
atmosferinin gərginləşməsi İsrail də daxil olmaqla Yaxın Şərq
dövlətlərindən heç birinin milli maraqlarına cavab vermir.
İran öz karbohidrogen ehtiyatlarının satışı üçün
əlavə kanallardan istifadə edir. Bu haqda ölkə
prezidenti Həsən Ruhani hökumətin iclasında bildirib.
“Xoşbəxtlikdən, karbohidrogen ehtiyatlarının ixracı üçün
müxtəlif yollar var və onlardan fəal istifadə edirik. Biz ABŞ-ın
sanksiyalarından yayınırıq”, - prezident deyib.
Ruhaninin sözlərinə görə, bütün ölkələr bilir ki, amansız və
qanunsuz sanksiyalar hər hansı şəxs, dövlət təşkilatı və ya
müəssisəyə qarşı deyil, İran xalqına qarşı yönəlib. Prezident əlavə
edib ki, Tehran İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə
Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 4 layihəsini təsdiqləməklə
ABŞ-ın maliyyə və bank üzrə planı zərərsizləşdiriləcək.
Əfqanıstanda Vardak mərkəzi əyalətində hərbi bazaya
Taliban hərəkatının hücumu nəticəsində 126 hərbçi həyatını
itirib. Bu haqda “Röyters” agentliyi ölkənin Müdafiə
Nazirliyinə istinadən bildirib.
“Tolo News” telekanalının məlumatına görə, hücum edənlərdən 3-ü
məhv edilib, 4-cü döyüşçü isə avtomobildə partlayıcı qurğunu işə
sala bilib.
ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri
Avropa İttifaqı Skripal insidentinə görə Rusiyaya
qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar Rusiya Baş
Kəşfiyyat İdarəsinin rəhbəri və onun müavininə qarşı tətbiq
olunub.
Rusiya Avropa Şurası ilə münasibətlərin inkişafı
üçün bütün variantları, o cümlədən qurumu tərk etməyi nəzərdən
keçirir. Bu sözləri Rusiyanın Xarici İşlər nazirinin
müavini Aleksandr Qruşko deyib.
“Bizim üçün siyasi motivli diskriminasiya qəbuledilməzdir. Bu
gün biz mümkün fəaliyyətlərimiz baxımından bütün imkanları, o
cümlədən Avropa Şurasından çıxmaq imkanını nəzərdən keçiririk”, -
diplomat bildirib.
Rusiya hələ “Avanqard” hipersonik kompleksinin
Silahlı Qüvvələrdə meydana çıxmasından əvvəl ABŞ-la müharibəyə
hazır idi. Bu haqda TVS telekanalın efirində
politoloq və şərqşünas Yevgeni Satanovski bildirib.
ABŞ və Rusiya arasında silahlı konfliktin baş vermə ehtimalını
qiymətləndirən ekspert 2018-ci ilin martında ABŞ-ın Suriyanı
növbəti raket zərbəsi ilə hədələməsini, ardınsa Rusiya prezidenti
Vladimir Putinin xəbərdarlığını xatırladıb.
“Prezident dedi ki, Suriya üzrə zərbələr zamanı bizim hərbi
qulluqçularımız məhv olarsa, onda dənizdə üzən və havada uçanlar
bütün platformalara zərbələr endiriləcək, batırılacaq və
düşürüləcək”, - Satanovski deyib.
Politoloq bildirib ki, artıq ABŞ-ın zərbəsindən sonra Rusiyanın
müdafiə naziri Sergey Şoyqu və Baş qərargahın başçısı Valeri
Qerasimovla söhbət edib: “Mən sonra bu iki insandan soruşdum: biz
həqiqətən buna hazır idik? “Bəli” hər ikisi dedilər. “Nə qədər vaxt
lazımdır?”, - soruşdum. “Dəqiqələr, 20, bəlkə də 25”, - cavabını
aldım”, - Yevgeni Satanovski yekunlaşdırıb.
İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi
Forumu keçirilib. Forumun əsas mövzusu bu il
"Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal
arxitekturanın formalaşması" olub.
Davos forumuna 110 ölkədən 3 mindən çox iştirakçı toplanıb.
Forumda 60-dan çox dövlət başçısı iştirak edib. ABŞ
Administrasiyasının nümayəndə heyəti "şatdaun"a görə Davosa
getməyib.
Yanvarın 22-də Almaniya kansleri Angela Merkellə
Fransa Prezidenti Emmanuela Makron Aaxen şəhərində Alman-Fransız İş
Birliyi və İnteqrasiya Razılaşmasına imza atıblar.
Yeni razılaşma 22 yanvar 1963-cü ildə Almaniya kansleri Konrad
Adenauerlə Fransa Prezidenti Şarl de Qoll arasında imzalanan
Yelisey razılaşmasının əsasında hazırlanıb. Yeni razılaşmanın 7
başlıq, 28 maddə və 16 səhifədən ibarət olduğu vurğulanıb.
Almaniya kansleri Angela Merkel Yelisey razılaşmasının 56-cı
ildönümündə Berlinin Fransa ilə iş birliyini artırmaq məqsədiylə
imzaladığı Alman-Fransız İş Birliyi və İnteqrasiya sazişinin Avropa
ordusunun yaradılması istiqamətində ilk addımlar olduğunu
bildirib.
Yanvarın 22-də Moskvada Rusiya prezidenti Vladimir
Putinlə Yaponiyanın baş naziri Sindzo Abe arasında sülh
müqaviləsinin imzalanması üzrə danışıqlar olub.
Yaponiyanın baş naziribildirib ki, Cənubi Kuril adalarının bir
hissəsinin Tokioya veriləcəyinə təminat olarsa, o, Rusiya ilə sülh
müqaviləsi bağlamağa razıdır. Abe burada söhbətin
Şikotan və Xabomai adalarından
getdiyini bildirib.
Onun fikrincə, hazırda İturupa və
Kunaşira adalarının Yaponiyaya verilməsi real
görünmür.
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident
Donald Trampa Birləşmiş Ştatları NATO-dan çıxarmağı qadağan edən
qanun layihəsini qəbul edib. Qanun layihəsi
Demokratlar Partiyası tərəfindən təqdim edilib. Səsvermədə 357
nəfər qanun layihəsinin lehinə, 22 nəfər əleyhinə çıxıb. Sənədin
müəllifi, demokrat konqresmen Cim Panetta qeyd edib ki, "NATO-ya
dəstək haqqında" qanun layihəsi prezidentə bu addıma görə büdcə
vasitələrindən istifadəni qadağan edir.
Qeyd edək ki, ABŞ 1949-cu ildə NATO-nu yaradan 12 ölkədən biri
olub.
Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında
Müqavilədən çıxmaqla bağlı ABŞ-ın dəlilləri kasaddır.
Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini Sergey
Ryabkov 9M729 raketi üzrə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Orta və kiçik mənzilli raketlərin
ləğvi haqqında Müqaviləni pozmur. Rusiyalı diplomat qeyd edib ki,
Vaşinqton müqavilədən çıxamaq haqqında qərarının qəti olduğu barədə
ikitərəfli diplomatik kanallarla Moskvaya xəbərdarlıq edib.
Qeyd edək ki, son illərdə Moskva və Vaşinqton müqavilənin
pozulmasında bir-birini daim ittiham edir.
Vaşinqton Moskvaya QƏTİ QƏRARINI bildirdi
ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında
Müqaviləyə riayət edilməsi üzrə tələblərin yer aldığı sənədi
Rusiyaya verib. Bu haqda ABŞ dövlət katibinin
beynəlxalq təhlükəsizlik və silahlara nəzarət üzrə müavini Andrea
Tompson bildirib.
Qeyd edilir ki, sənəd yanvarın 15-də Cenevrədə Orta və yaxın
mənzilli raketlərin ləğvi haqqında Müqavilə ətrafında vəziyyət üzrə
danışıqlarda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini
Sergey Ryabkova verilib.
ABŞ-dan Rusiyaya ULTİMATUM: Bu tələblər yerinə yetirilməsə…
ABŞ Prezidenti Donald Tramp Çinə münasibətdə öz sərt
mövqeyindən imtina etməyə hazırlaşmır. Bu məlumatı
“Röyter” agentliyi ABŞ Prezidentinin müşavirlərinə istinadən yayıb.
Rəsmi Vaşinqton hələ də Çin məsələsində onu narahat edən
problemlərin həll edilmədiyini bildirib.
Məlumata görə, Tramp administrasiyası təkcə ticarət disbalasının
ortadan qaldırılması yox, ümumilikdə Çin iqtisadiyyatının strukturu
ilə bağlı dərin məsələlərin həllinə də diqqətini yönəldib.
ABŞ-ın xüsusi xidmət orqanları ən mürəkkəb və
müxtəlif təhdidlərə qarşı durur. Bu haqda ABŞ
kəşfiyyatının yeni strategiyasının təqdimatında Milli Kəşfiyyatın
direktoru Daniel Kouts bildirib.
Sözügedən təhdidlərin bir hissəsi keçmiş rəqiblərdir: Rusiya,
Çin, Koreya Xalq Demokratik Respublikası və İran. Bundan başqa, bir
çox qeyri-dövlət subyekti və terror təhlükəsi qeyd edilib. Bunlara
hibrid, asimmetrik hərbi, iqtisadi və siyasi sferada olan
təhdidlərdir.
ABŞ-ın “New American Journal” nəşri “Rusiya tək
atəşsiz Amerikanın öhdəsindən gəldi” adlı məqaləsini dərc
edib. Məqalədə jurnalistlər ABŞ-ın gələcəyini
çəkiblər və super dövlətin qürubunu təsvir ediblər.
Xruşşovun 63 il əvvəl verdiyi vədin reallaşmasına İKİ AY QALDI - ŞOK SSENARİ
Ukrayna
Dövlət başçısı olacağı halda, Donbasda atəşin
dayandırılması haqqında Rusiya tərəfiylə razılaşmağa
çalışacaq. Bunu “Ukrainskiy Pravda” qəzetinə
müsahibəsində Ukrayna prezidentliyinə namizəd, şoumen Vladimir
Zelenski bildirib.
“Hər şeydən əvvəl istəyirəm ki, atəş dayandırılsın. Bu
razılaşma, düşünürəm ki, çox da çətin deyil. Fikrimcə, razılaşmaq
olar. Birinci, öldürməyi dayandırmaq lazımdır. İnsanlarımızı
qorumaq əhəmiyyətlidir”, - o deyib.
Prezidentliyə namizədin sözlərinə görə, Minsk razılaşmalarına
ümid bəsləyir. Bununla belə, Zelenski Donbasda döyüşçülərin
amnistiyası haqqında istənilən təklifi rədd edib: “Onlar bizim
insanlarımızı öldürürdülər. Əlbəttə, heç kəs buna getməyəcək!”
“Bütün əraziləri qaytarmaq üçün hər şeyi maksimal etmək
lazımdır”, - o əlavə edib
Ukrayna prezidentliyinə namizəd Anatoli Qritsenko
seçkilərdə qələbə qazanacağı halda, Donbasın necə qaytarılacağını
açıqlayıb. Bu haqda onun saytında dərc edilmiş
seçkiqabağı proqramda deyilir.
Siyasətçi Donbasın Ukrayna hakimiyyətinin nəzarəti altına
qaytarılması üçün hərbi variantı da istisna etməyib.
“Donbasın təslimçi qayıdışı olmayacaq. İşğal edilmiş ərazilər
“xüsusi statuslar”sız diplomatik, hərbi, iqtisadi, sanksiyalar və
xarici partnyorlarla birgə qaytaracağıq. Bunu 5 illik prezident
müddəti ərzində həyata keçirmək mümkündür”, - Qritsenkonun
proqramında deyilir.
Ukrayna Budapeşt memorandumunun müzakirəsinə
qayıtmalıdır. Bu haqda Ukraynanın “Batkivşina”
partiyasının lideri, prezidentliyə namizəd Yuliya Timoşenko
bildirib.
Minsk prosesindən imtina olunur və 1994-cü ildə imzalanan… - Ərazilərin QAYTARILMASI FORMULU
Ukraynaya Kuban və Qafqazı Rusiyadan güc yolu ilə
almalı olacaq. Bunu Ukraynanın “Azov” batalyonunun
keçmiş komandiri, Ali Radanın deputatı Andrey Bileskiy ZIK
telekanalının efirində bildirib.
Bileskiy Qafqazda və Kubanda yaşayanların Ukrayna tərkibinə
“qayıdışı”nda maraqlı olmadıqlarını, buna görə təcavüzkar addımlara
müraciət etməli olacaqlarını deyib. Onun sözlərinə görə, Qafqaz
“sözsüz ki, Ukrayna ərazisidir” və Kubanda milli Ukrayna şüurunun
səviyyəsi kifayət qədər yüksəkdir.
Qeyd edək ki, 2014-cü ilin fevralında Ukraynada Meydan
hadisələrindən sonra hakimiyyətə gəlmiş qüvvələr Rusiyaya, xüsusi
halda Kuban, Belqorod, Rostov və Kursk vilayətlərinə ərazi
iddialarını dəfələrlə dilə gətirib.
Koreya böhranı
ABŞ-ın və Koreya Xalq Demokratik Respublikasının
kəşfiyyatları artıq 10 ildir əlaqədə idilər. Bu haqda
“The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən
bildirib.
Xəbərə görə, iki ölkənin kəşfiyyatı 2009-cu ildən “məxfi
konsultasiyalar” keçirirdi və onların arasında xüsusi əlaqə
kanalları mövcud idi. Son 10 ildə Amerika kəşfiyyatının
nümayəndələri Şimali Koreyadan olan həmkarları ilə
görüşürdülər.
Bütün dünyanı belə aldadıblar: son 10 ildə… - ŞOK İDDİA