Son günlər hamilə olduğu ilə bağlı xəbərlərlə gündəmdə olan türkiyəli sənətçi Ebru Gündeş Beşiktaşda komediyaçı Ata Demirerin şousunu izlədikdən sonra jurnalistlərə açıqlama verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 44 yaşlı müğənni ana olmağa hazırlaşmadığını söyləyib.
"Hamiləlikmi? Mənim xəbərim yoxdur. Belə bir şey yoxdur. Sizin bundan necə məlumatınız olur?!".
Qeyd edək ki, E.Gündeşin ABŞ-da həbsdə olan iranlı iş adamı Rza Zərrabdan bir qız övladı var.
Milli.Az