Müğənni Kənan Doğulu aktrisa Beren Saatla yaxın günlərdə boşanacağı ilə bağlı xəbər yayılandan sonra İnstaqram hesabında maraqlı paylaşım edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni "Hekayələr" bölməsində İzmirdəki konsertində ifa etdiyi "Benimle kal" mahnısını paylaşıb.

Doğulunun bu paylaşımla 5 illik evliliyini qurtarmağa cəhd etməsi iddia edilib.

Qeyd edək ki, Kənan və Berenin 28 martda boşanacağı iddia edilir.

Milli.Az