Bir neçə gün əvvəl meyxanaçı Aydın Xırdalanlı vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, qaraciyər sirrozundan əziyyət çəkən mərhumun yas mərasimində meyxanaçılar yer alıblar.

Meyxanaçı Namiq Qaraçuxurlu yas mərasimindən video çəkərək İnstaqram səhifəsində yayımlayıb. Onun bu addımı isə tənqid edilib. Hər zaman toy məclislərindən fotolar və videolar yayımlayan ifaçı qınanılıb.

Səhifələrdə yayımlanan videolarda izləyicilər Namiqin ünvanına "Yeni dəbdir? Toyu başa düşdük, yası da reklam edirlər? Bunu niyə çəkib paylaşırsınız?" kimi şərhlər yazıblar.

Qeyd edək ki, bundan əvvəl müğənni Nazənin də qardaşının yas mərasimindən video yayımlamışdı. Onun bu hərəkəti tənqid edilmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şou-biznesdə yeni dəb - Yasdan VİDEO Şou-biznesdə yeni dəb - Yasdan VİDEO