Türkiyəli müğənni və aktyor Emrah daşınmaz əmlak yatırımları ilə yenidən gündəmə gəlib. Sənətçinin İstanbul və Bodrum şəhərlərində çoxsaylı mülklərinin olduğu və kirayə gəlirinin milyonlarla lirəyə çatdığı bildirilir.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Kiçik Əmrah” ləqəbi ilə tanınan sənətçinin aylıq kirayə gəliri təxminən 300 min dollardır.

Məlumata görə, Emrahın sahib olduğu mənzillərin sayı ilə bağlı müxtəlif iddialar mövcuddur. Bəzi xəbərlərdə o, 300-dən artıq mənzilə sahibdir.

Sənətçinin daşınmaz əmlak yatırımlarının yalnız mənzillərlə məhdudlaşmadığı da qeyd olunur. İddialara əsasən, o, İstanbulda yerləşən idman kompleksini 3 milyon dollara satın alıb. Daha sonra həmin binada yerləşən 12 mağazanı və bir dubleks mənzili də əmlak portfelinə əlavə edib.

Məlumatda sənətçinin yay aylarını Bodrumdakı villasında keçirdiyi yer alır.