Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq üçün Avstriyanın paytaxtı Vyana şəhərində görüşəcək.

Metbuat.az-ın məlumatına görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasına işgüzar səfərə gedib.

Qeyd edək ki, bundan öncə Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.