Azərbaycan Respublikasnının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada görüşüblər.

Publika.az xəbər verir ki, bu barədə ATƏT-in yaydığı bəyanatda qeyd edilir.

Bildirilir ki, görüşdə həmçinin həmçinin xarici işlər nazirləri - Elmar Məmmədyarov, Zohrab Mnaçakanyan, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Görüş müsbət və konstruktiv şəraitdə keçib və iki liderə öz mövqelərini aydınlaşdırmağa imkan verib.