Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.
“Nikol Paşinyan Vladimir Putinə Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə məlumat verib”, - deyə Mətbuat xidməti vurğulayıb.
Bildirilib ki, tərəflər aprelin 4-də Rusiya-Ermənistan hökumətlərarası birgə iclasının vacibliyini qeyd ediblər.