"Keyfiyyətli həyat yaşamağa çalışıram" - Millət vəkilindən baş redaktora cavab

Metbuat.az-da "Məchul 5" layihəsi davam edir.

Bu layihə çərçivəsində bir nəfər tanımadığı şəxsə 4 ya 5 sual ünvanlayacaq.

Həmin şəxs də kimdən gəldiyini bilmədiyi suala öz cavabını verəcək.

Arada vasitəçi Metbuat.az saytıdır.

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyevin suallarını millət vəkili Sona Əliyeva cavablandırır.

Qeyd edək ki, sualı verən də, cavablandıran da kimliklərini oxucularla eyni anda, yazı saytda dərc olunanda bilirlər.

- Həyatda öz yerinizi tapdığınıza əminsinizmi?

- İnsan yaşamı boyunca dəyişən və inkişaf edən varlıqdır. İnsanın həyatda yerini tapıb ordaca qalmasından ziyadə davamlı yenilənməsindən yanayam.


- Ürəyiniz istəyən həyatı yaşaya bilmisinizmi?

- Həyat boyu beyin və ürək çarpışır. Yəni, məntiq və duyğular mübarizə edir..

Bəzən məntiq, bəzən duyğular qalib gəlir, keyfiyyətli və sadə həyat yaşamağa çalışıram.


- Geriyə baxanda "kaş bu addımı atmazdım dediyiniz" anlar varmı?

- Vicdanımı narahat edən məsələlər xaricində "kaş ki" demərəm. Dönüb arxaya baxmamağı tərcih edənlərdənəm.


- Ətrafdakı insanları başa düşə bilrsinizmi?

- LEAP: Listen, Empathize, Agree, Partnership.

Dinlə, empati göstər, anlaş, iş birliyində ol.

Empati hər bir insanda olması vacib olan xüsusiyyətlərdəndir


- Pensiya yaşınızda özünüzü necə təsəvvür edirsiniz?

- Uşaqlar, qadınlar və xəstələrlə bağlı sosial fəaliyyətlər etməyi düşünürəm,

Əlbəttə ki, nəvələrəimin olması və onlarla məşğul olmaq da arzularımdan biridir.


Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI