Sosial-Demokratik İttifaqının namizədi Stevo Pendarovski Şimali Makedoniya prezidentinin seçkilərində qalib gəlir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin Dövlət Seçki Komissiyası (DSK) bildirib.

Prezident Seçkiləri bazar günü saat 07:00-dan 19:00-dək davam edib. DSK-nın məlumatına görə, 1,8 milyon vətəndaş səsvermə hüququna malik olub. Səs vermək üçün 3512 məntəqə fəaliyyət göstərib.

DSK-nın sədri Oliver Derkoski brifinq zamanı deyib: "46,64 faiz seçici və ya 816,6 min nəfər səs verib. Namizəd Qordana Silyanovkska-Davkova 363,9 min səs, Stevo Pendarovski isə 423,3 min və ya 51,83 faiz səs toplaıb. Deyə bilərəm ki, nəzakətli davrana yaxşı namizədlərimiz olub".

Milli.Az