Atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyni işğal olunmuş rayon (şəhər) üzrə daimi yaşayış yeri qeydiyyatında olan uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə veriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, bu status rayonun işğalından sonra doğulmuş uşaqlara şamil ediləcək. Xidməti işi və qanunvericiliklə müəyyən edilmiş digər hallarla əlaqədar başqa şəhər və rayonlarda daimi qeydiyyata düşmüş valideynlərin uşaqları isə bu qaydadan istisnadır.