Milli.Az lent.az-a istinadən xəbər verir ki, saat 19 radələrində tapança və bıçaqla silahlanmış naməlum şəxs Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC-nin Sabir küçəsi 70 ünvanında yerləşən 31 saylı poçt şöbəsinə basqın edib.Yanvarın 14-də Bakıda quldurluq hadisəsi baş verib
Silahlı şəxs şöbənin əməkdaşlarını hədələyərək pul tələb edib. O, poçt şöbəsində olan 300 manata yaxın pulu götürərək aradan çıxıb.
Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Milli.Az