Türkiyədə iki dost bir banka bal və masa qarşılığında 1984-cü il istehsalı olan Moskviç markalı avtomobili satın alıblar.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki dost aldıqları maşını yeniləmək üçün eyni markanın 3 fərqli modelini də əldə ediblər.
Klassik avtomobil heyranı olan iki gənc maşını yeni görüntüsünə gətirmək üçün 6 il vaxt sərf ediblər.
Sahiblərinin sözlərinə görə ağ-qırmızı rənglərdə olan klassik avtomobil görənlərin diqqətini çəkib.


