Yer üzünün sirli adası (FOTO)

Yer üzünün sirli adası (FOTO)
15:16 15 Yanvar 2015
246 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən sirli adalarından birinin fotoları yayımlanıb.

ANS PRESS-in məlumatına görə, Yəməndə olan Sokotra adası fərqli bitki örtüyü və təbiəti ilə insanları qəribəliklər diyarına aparır.

Afrika yaxınlığındakı adada olan bitkilərin üçdə biri dünyanın heç bir yerində yoxdur. Üzərindəki qırmızı maye səbəbiylə "əjdaha qanı" ağacı olaraq adlandırılan bu bitki Sokotranın ən xarakterik ağacıdır.

Afrikadan fayl qırılması ilə ayrılan bu ada coğrafi xüsusiyyətləri ilə seçilir. Yeddi milyon il əvvəl Afrika qitəsindən qopub ada halına gəldiyi təxmin edilən Sokotra dünyanın başqa heç bir yerində görülməyən 200-dən çox heyvan və bitki növünə ev sahibliyi edir.

Adanın ən diqqət çəkici xüsusiyyəti yuxarıdan baxıldığında göbələyə, yaxından baxıldığında isə kosmos gəmisinə bənzəyən ağaclarıdır. Hind okeanında olan adaya ən yaxın yer 250 kilometr məsafədəki Somalidir. Ancaq iki ərazi arasında ən kiçik bir bənzərlik yoxdur.




































Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR