17-18 iyun tarixlərində Bakıda keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında Amerika Birləşmiş Ştatları yenidən təşkilata üzv qəbul olunub.
Metbuat.az xəbər verir ki, 37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi Bakı sessiyasında 23 illik fasilədən sonra ABŞ BMTÜTT-də yenidən təmsil olunmaq hüququ əldə edib.
ABŞ-ın təşkilata üzv olması məsələsinin müzakirəsi üçün ABŞ Dövlət Departamentinin Beynəlxalq Təşkilatlar üzrə dövlət katibinin müavini Kevin Moley, Ağ Evin Aparat rəhbərinin baş müavini Emma Katerine Doylin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Bakıya gəlib.
Nümayəndə heyətinin tərkibində Dövlət Departmanentinin İqtisadi işlər üzrə dövlət katibinin müavini, Kommersiya Departameninin səyahət və turizm üzrə katibinin müavini, Beynəlxalq Təşkilatlarla iş üzrə Büronun sədr müavini kimi dövlət müşavirləri təmsil olunurlar.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tədbirdə açılış nitqi ilə çıxış edərək, qonaqları salamlayıb və Azərbaycanda turizmin dayanıqlı inkişafı və Azərbaycanın milli-mədəni irsinin qorunması üçün son illərdə görülən tədbirlər haqqında iştirakçıları məlumatlandırıb.
"İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq" başlığı atlında keçirilən sessiyada Azərbaycanın işğal olunmuş torpaqlarında mövcud olan mədəni irs nümunələrinin işğalçı Ermənistan tərəfindən məhv edilməsi faktı Agentlik sədri tərəfindən sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Azərbaycan BMTÜTT-ə 2001-ci ildə üzv olaraq qəbul olunub, 2013-cü ildən isə təşkilatın İcraiyyə Şurasında təmsil olunur.
ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı
Həmçinin oxu
“PATA Hosted Buyers Summit Baku 2026” tədbiri keçirildi - Foto
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Məşhur cütlüklərin fotolarındakı detal diqqət çəkdi
Bu gün
·
23:18
Güclü yağış yağdı, 52 ildən sonra səhra dəyişdi
Bu gün
·
22:48
Sabah işıq kəsiləcək - Bu ərazilərdə
Bu gün
·
22:24
Eyni fotoda görünmək istəmədilər - Toplantıda gərginlik
Bu gün
·
22:17
Heç kim ona 63 yaş vermir - FOTO
Bu gün
·
22:07
“iPhone 18" modellərinə zərbə - Yeniliklər androidə gəlir
Bu gün
·
21:49
Prezidentin nazir müavini təyin etdiyi Sadiq Əliyev kimdir? - DOSYE
Bu gün
·
21:37
"Sabah" səfərdə "Turan Tovuz"a məğlub oldu - Premyer Liqa
Bu gün
·
21:07
İlham Əliyev final matçını izlədi
Bu gün
·
20:52
Bu üsulla 16 ildir kommunal xərclərə pul ödəmir
Bu gün
·
20:34
Alyona Əliyeva paylaşım etdi
Bu gün
·
20:14
Sadiq Əliyev nazir müavini təyin edildi - Sərəncam
Bu gün
·
20:10
Bu bürclərlə dostluq etmək çətindir
Bu gün
·
19:42
AMEA Mehdiyevi üzvlükdən çıxardı
Bu gün
·
19:20
İspaniya FIFA U-15 dünya çempionatının qalibi oldu
Bu gün
·
19:15