Avropanın sosial media seqmentlərində cütlüklərin münasibətlərini fotolar üzərindən təhlil etməyə imkan verdiyi iddia olunan “yaşıl xətt nəzəriyyəsi” yenidən populyarlıq qazanıb.

Metbuat.az xəbər verir ki, bu yanaşmaya əsasən, fotoda partnyoruna doğru əyilən şəxs münasibətə daha çox bağlı və emosional baxımdan daha həssas tərəf hesab olunur. Dik dayanan şəxsin isə özünəinamının daha yüksək, münasibətdə mövqeyinin daha dominant olduğu irəli sürülür. 2020-ci ildə ortaya çıxan trend Lamin Yamal - İnes Qarsia və Harri Keyn - Keyt cütlüklərinin fotolarının yayılmasından sonra yenidən gündəmə gəlib.

Bildirilir ki, geniş müzakirə olunan bu yanaşmanın elmi əsası yoxdur və fotodakı bədən duruşu insanların münasibətlərdəki rollarını müəyyənləşdirmək üçün etibarlı göstərici sayılmır.