ANS PRESS-in məlumatına görə, turun açılış matçında "Everton" və "Sanderlend" komandaları qarşılaşıb.
Oyun meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb. İkinci hissədə iki qol vuran "Sanderlend" Liverpul səfərindən 3 xalla qayıdıb - 2:0.
Çempionlar Liqasına birbaşa vəsiqə qazanmaq uğrunda mübarizəsini davam etdirən "Mançester Yunayted" səfərdə "Kristal Palas"ın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.
Turun digər matçında "Tottenhem" səfərdə "Stok Siti"yə uduzub - 0:3.
Qeyd edək ki, Premyer Liqada 36-cı tura mayın 11-də keçiriləcək "Arsenal" - "Suonsi" matçı ilə yekun vurulacaq.
9 may
İngiltərə Premyer Liqası, 36-cı tur
"Everton" - "Sanderlend" - 0:2
Qollar: Qraham, 53 (0:1), Defo, 85 (0:2)
"Aston Villa" - "Vest Hem" - 1:0
Qol: Tom Kleverli, 31 (1:0)
"Hall Siti" - "Bernli" - 0:1
Qol: Denni İnqz, 62 (0:1)
"Lester" - "Sauthempton" - 2:0
Qollar: Riyad Mahrez, 7 (1:0), 19 (2:0)
"Nyukasl" - "Vest Bromviç" - 1:1
Qollar: Viktor Aniçebe, 32 (0:1), Ayose, 41 (1:1)
"Stok Siti" - "Tottenhem" - 3:0
Qollar: Çarli Adam, 21 (1:0), Steven Nzonzi, 32 (2:0), Mame Biram Diouf, 86 (3:0)
"Kristal Palas" - "Mançester Yunayted" - 1:2
Qollar: Xuan Mata, 19-pen (0:1), Jason Punçon, 57 (1:1), Maruan Fellayni, 78 (1:2)
10 may
"Mançester Siti" - QPR
"Çelsi" - "Liverpul"
11 may
"Arsenal" - "Suonsi"
Mənbə
ANS PRESS