“Ölü dirildən” fırıldaqçı sehrbazı döydülər (FOTO)

“Ölü dirildən” fırıldaqçı sehrbazı döydülər (FOTO)
06:16 16 Yanvar 2015
147 Digər
Ölkə mətbuatı
A- A+

Keniyada maraqlı hadisə baş verib.

ASN PRESS-in məlumatına görə, Keniyanın cənub-şərqində yerləşən Kvale bölgəsində beş nəfər dünyasını dəyişən şəxsi diriltdiyi iddia edilən sehrbaz Samuel Qanundu kəndlərdən birində zorakılıqla qarşılaşıb.

Yaxını ölən bir ailə sehrabzın “bacarığını” eşidərək onu ölülərini diriltməyə dəvət edib. Samuel dəvətdən sonra komandası ilə birlikdə kəndə gəlib. Məsələdən agah olan kənd əhalisi isə daha əvvəl görmədikləri bir halı görmək ümidi ilə kənd meydanına yığışıblar.

Rəqs və mahnıların müşayiəti ilə başlayan mərasim Günəşin batması ilə sona çatmalı, ölü dirilməli idi. Lakin gözlənilən olmur. Kəndlilər isə bunu görüb hiddətləniblər.

Sehrbaz yorğun olduğunu bildirsə də, onlar buna əhəmiyyət verməyib və fırıldaqçı çıxan sehrbazı, komandası ilə birlikdə döyüblər.

Ölü yaxınları hadisənin böyüdüyünü görərək araya girməli olub. Onlar ölüləri dirilməsə də sehrbazın bacarlıqlı olduğunu müdafiə ediblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR