Füzulidə tədbirlərə start verildi

Füzulidə tədbirlərə start verildi
10:26 16 Yanvar 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

Füzuli rayonunda 20 Yanvar faciəsinin 25-cü ildönümü ilə bağlı silsilə anım tədbirləri keçirilir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı Sərəncamı"na uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı tərəfindən tədbirlər planı təsdiqlənib.

ANS PRESS xəbər verir ki, tədbirlər planına əsasən, rayonun idarə, müəssisə və təşkilatların iştirakı ilə ərazilərdə abadlıq və təmizlik işləri aparılır. Füzuli Dövlət Dram Teatrında isə 20 yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunur, faciəni özündə əks etdirən kitab və rəsm sərgisi təşkil edilir.

Yanvarın 20-də isə rayon ərazisindəki Şəhidlər Xiyabanında faciənin 25-ci ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçiriləcək.

Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad olunacaq, ruhlarına dualar oxunacaq.

Həmin gün saat 12:00-də rayonun bütün yaşayış məntəqələrində 20 yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad ediləcək, avtomobillərdən faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq səs siqnalları veriləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=320039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR