Şəki. Vüqar Heydərov - APA. Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə yanvarın 16-da səhər saat 10.00 radələrində şəhərin Bəxtiyar Vahabzadə küçəsində qeydə alınıb.
1988-ci il təvəllüdlü Şəki şəhər sakini Taleh Seyran oğlu Yusifov idarə etdiyi “VAZ 2107” markalı 10 RL 617 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1964-cü il təvəllüdlü Kəmalə Tacəddin qızı Əliyevanı vurub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan 51 yaşlı Kəmalə Əliyeva hadisə yerində ölüb.
Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.