1 milyonluq avtomobil (FOTO)

1 milyonluq avtomobil (FOTO)
13:01 16 Yanvar 2015
150 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ “Trion Supercars” şirkəti yeni avtomobil istehsalına başlayıb.

ANS PRESS-in məlumatına görə, super avtomobil anlayışını daha irəli bir səviyyəyə daşımaq istəyən şirkət çox güclü mühərrikə sahib avtomobil istehsal edəcək. "Nemesis" adlı avtomobilin 2016-cı ildə bazara çıxarılacağı gözlənilir.

Şirkət bahalı avtomobillər bazarında özünə yer tutmaq üçün 1 milyon dollar dəyərində maşın istehsal edəcək.

Super avtomobilin mühərriki 8 silindirli olacaq. Dörd təkərin də çəkmə qabiliyyəti olduğu üçün bu, avtomobilin sürətinə önəmli təsir edəcək.

100 km/s sürəti 2,8 saniyədə yığamğı bacaran avtomobilin maksimum sürətinin 434.5 km/s olduğu deyilir.

Yalnız 50 ədəd istehsal olunacaq modelin ABŞ-dakı satış qiymətinin 1 milyon dollar olacağı deyilir.




















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR