Honduras Klasurasının 1/4 finalı çərçivəsində "Deportivo Maraton" və "Real Espanya" arasında oynanılan matçda gərginlik yaşanıb.

İki oyunun nəticəsinə əsasən, "Real Espanya" yarımfinala vəsiqə qazanıb. Qəzəblənən "Deportivo Maraton" azarkeşləri meydana çıxaraq qonaqların futbolçularını döymək istəyiblər. Ancaq "Espanya"nın müdafiəçisi Marlon Penya onları sakitləşdirə bilib. Metbuat.az-ın məlumatına görə, o, "Mortal Kombat"da görməyə adət etdiyimiz fəndlərdən birini tətbiq edərək fanatı yerə yıxıb.

Azarkeşlər arasındakı gərginlik isə stadonun xaricində də davam edib.

Həmin görüntünü təqdim edirik.