Ötən il Azərbaycanda 1308 nəfər qidadan zəhərlənib, 2 nəfər ölüb

13:52 16 Yanvar 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 13:47 ]

Bakı. Könül Kamilqızı - APA. Ötən ll Azərbaycanda qeydə alınan qida zəhərlənmələrinin statistikası açıqlanıb.

 

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, 2014-cü ildə əhali arasında 1170 qida zəhərlənməsi hadisəsi baş verib. Onun sözlərinə görə, ümumilikdə qida zəhərlənməsi nəticəsində 1308 nəfər zərər çəkib.

 

Ötən il Azərbaycanda 23 botulizm hadisəsi qeydə alınıb ki, bunların nəticəsində də 41 nəfər zərər çəkib. Botulizm nəticəsində il ərzində 2 nəfər dünyasını dəyişib. Hadisələrin biri Ağcabədidə, digəri isə Şirvanda qeydə alınıb. Ölüm halların hər ikisi ev şəraitində hazırlanan turşudan qeydə alınıb.

 

Qeyd olunub ki, 2014-cü ildə dekabr ayında isə 56 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 66 nəfər zərər çəkib. Sonuncu ayda Azərbaycanda 2 botulizm hadisəsi qeydə alınıb ki, bunların nəticəsində də 4 nəfər zərər çəkib, onlardan biri dünyasını dəyişib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369346

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR