67 kq çəkidə Fəridə Əzizova honduraslı Yosselin Molina və isveçrəli Beketele Qumedze cütlüyünün qalibi ilə üz-üzə gələcək. 68 kq-da mübarizə aparan Ayxan Tağızadə isə Ruandadan olan Savio Nzeyimana ilə döyüşəcək.
Turnirin ikinci günündə baş tutan döyüşlərdə 49 kq çəkidə döşək üzərinə çıxan Patimat Abakarova 1/16 finalda rusiyalı Svetlana İqumenovaya məğlub olub. İlkin Şahbazov isə 74 kq-da qüvvəsini sınayıb. Kipri təmsilçisi Kristos Pilavakislə üz-üzə gələn Şahbazov ilk döyüşdəcə məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, mayın 12-dən start götürən çempionat ayın 18-də başa çatacaq.