Türk Şurası Katibliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Türk Şurasının 10 illiyi ilə münasibəti ilə “Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illiyi” adlı birgə kitab buraxıb.
Publika.az xəbər verir ki, məhdud sayda və ingilis dilində buraxılmış kitabda Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Azərbaycan prezident İlham Əliyev, Qırğızıstan prezidenti Soronbay Jeenbekov, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan prezidenti Şavkat Morzoyev və Macarıstan baş naziri Viktor Orbanın məqalələri yer alıb.
Həmçinin kitabda Türk Şurası baş katibi Bağdad Amrayev, Türk Şurasının digər institutlarının rəhbərlərinin və üzv ölkələrin beyin mərkəzlərinin rəhbərlərinin, o cümlədən BMTM-in sədri Fərid Şəfiyevin məqaləsi dərc olunub.
Kitab Bakıda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin görüşü və Türk Şurasının VII sammiti çərçivəsində üzv ölkə başçılarına və hökumət nümayəndələrinə və xarici işlər nazirlərinə təqdim olunub.
Kitabın redaktorları Türk Şurasının layihə direktoru Ceyhun Şahverdiyev və BMTM-in şöbə müdiri Cavid Vəliyevdir.
Oxşar xəbərlər
-
Balasanyandan 31 il sonra ŞOK ETİRAF: İki azərbaycanlını öldürməklə Qarabağ savaşını başlatdım
- Nida Xəbər
- 16:00
-
Xarici işlər nazirləri dekabrda görüşə bilər: Rusiyalı həmsədr
- Nida Xəbər
- 15:18
-
Zakir Həsənov polkovniki İŞDƏN ÇIXARDI
- Nida Xəbər
- 14:18
-
“Azərbaycan” qəzetinin fəaliyyətini bərpa etməsinin 30 illiyi qeyd edildi - FOTO
- Nida Xəbər
- 14:09
-
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşdü - FOTO
- Nida Xəbər
- 13:43
-
Milli Şuranın 19 oktyabr mitinqinə İCAZƏ VERİLDİ
- Nida Xəbər
- 13:26
-
Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəldi
- Nida Xəbər
- 11:38
-
Ermənistan ordusu Qazax istiqamətində təxribat törətdi
- Nida Xəbər
- 09:26
-
Dadaş Dadaşlinskidən Mircavadova gözlənilməz suallar- VİDEO
- Nida Xəbər
- 06:06