"Liverpul" Premyer Liqanın 37-ci turu çərçivəsində "Kristal Pelas"ı qəbul edəcək.

Metbuat.az-ın xəbərinə görə, sözügedən matç Stiven Cerrardın "Enfild"dəki sonuncu matçı kimi tarixə düşəcək. İngilis futbolçu 1998-ci ildən bəri formasını geydiyi "Liverpul"la mayın 24-də səfərdə "Stok Siti" ilə oynanılacaq görüşdə vidalaşacaq.

17 il ərzində "qırmızılar"ın heyətində 502 matça çıxan Cerrard 119 dəfə fərqlənməyə imkan tapıb.

"Liverpul" - "Kristal Pelas" oyunu bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, Cerrard karyerasını ABŞ-ın "Los Anceles Qalaksi" klubunda davam etdirəcək.